Ağır yol qəzasında 11 nəfər ölüb, 19 nəfər xəsarət alıb

Çinin şərqində sərnişin avtobusu yük avtomobili ilə toqquşub.

Trend-in "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində azı 11 nəfər ölüb, 19 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Məlumata əsasən, toqquşma Şenyan - Haykou avtomobil yolunda baş verib. Qəzanın səbəbi məlum deyil.