Şimali Koreyada niyə heç kim koronavirusa yoluxmur? - Açıqlandı 

Bütün dünyaya yayılan koronavirus epidemiyasının başlanmasından bəri Şimali Koreyada heç bir yoluxma olmayıb. Bu barədə Pxenyan rəhbərliyi Ümumdünya Səhiyyə Təşkilatına məlumat verib.

Çinin Vuhan bölgəsindən yayılan koronavirus bu günə qədər dünyada 133 milyondan çox yoluxma və 2,8 milyondan çox insanın ölümünə səbəb olub.
Dünyanın ən təcrid olunmuş ölkəsi olaraq bilinən Şimali Koreyada isə heç bir yoluxmanın olmadığı iddia edilir.

Qeyd olunub ki, ölkədə 23 min 121 test edilsə də, onların hər birinin nəticəsi neqativ olub. Bu sözləri ÜST-nin Şimali Koreyadakı nümayəndəsi Edvin Salvador deyib.

O bildirib ki, təkcə 26 mart-1 aprel tarixləri arasında 732 nəfər koronavirus testi edilib. Lakin nəticələrin hər biri neqativ olub. 
Epidemiyaya qarşı mübarizənin "milli varlıq məsələsi" olaraq qəbul edildiyi Şimali Koreyada səlahiyyətlilər Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) təqdim olunan son hesabatda da ölkə daxilində heç kimin koronavirusa yoluxmadığını bildirdi.