Türkiyə Cümhurbaşqanlığı sözçüsü İbrahim Kalın İsrailə təzyiqlərin artırılmalı olduğunu deyib. Sherg.az xəbər verir ki, "CNN Türk"ün canlı yayımına qatılan İ.Kalın İsrailin fələstinlilərə hücumunu qınayaraq sərt təpki nümayiş etdirib:
“İsrailə təzyiqlər artırılmalıdır. Fələstinlilərə isə yardımlarımızı artırmalıyıq”.
İ.Kalın İsrailin fələstinlilərə hücumunu işğal siyasətinin növbəti addımı adlandırıb: “Sistematik işğal siyasətinin yeni addımıdır. İşğal insanlıq suçudur. Dünya buna “dur” deməlidir. İsrailə təzyiqlər artırılmalı, fələstinlilərə isə yardımların artırılması lazımdır. Dünya səssiz qalacaqsa, İsrail hücumlarını davam etdirəcək”.