Ölkə ayağa qalxdı: Koronavirus xəstəsi tibb personal tərəfindən təcavüzə məruz qalıb

Koronavirus xəstəsinin xəstəxanada cinsi təcavüzə məruz qalması ölkəni ayağa qaldırıb. 

Anasının 3 tibbi personal tərəfindən cinsi zorakılığa məruz qalması ittihamını qızı irəli sürüb. Hazırda bu iyrənc hadisənin gerçək olub-olmadığıyla bağlı araşdırma aparılır.

Sherg.az Türkiyə mediasına istinadən bildirir ki, qorxunc hadisənin  Hindistanın Bihar əyalətində baş verməsi şübhələri mövcuddur.  Məlumatda qeyd edilir ki, Buhar əyalətinin 45 yaşlı sakininin koronavirus testi müsbət çıxdıqdan sonra özəl xəstəxanalardan birində müalicə alırmış.

Qadın mayın 15-i xəstəxanaya yatırılıb, mayın 19-da isə vəfat edib. Qadının qızı isə anasının xəstəliyi yüngül keçirdiyini,  lakin mayın 26-da tibb personalı tərəfindən cinsi təcavüzə məruz qaldıqdan sonra süni nəfəs aparatına qoşulduğunu deyir. Qız iddia edir ki, anası başına gətirilən rəzaləti kimsəyə danışa bilməsin deyə, həkimlər onu qəsdən sini nəfəs aparatına qoşublar. Qadın isə qızına cinsi təcavüzə uğradığını deyib. Qızı bu barədə Biharda siyası partiya – Adhikar Partiyasının qadın qoluna məlumat verib: “Anam xəstəxanaya özü, piyada getdi. Simptomlar olmasına rəğmən sağlıq durumunun  yüngül olduğu bildirildi. Ranimasiya şöbəsində isə 3 nəfər tərəfindən cinsi təcavüzə məruz qalıb. Bu qorxunc olayı anam mənə anlatdı. Mən də bu barədə həm əqrabalarla, həm də partiyanın qadın qoluyla danışmışam. Anam polisə ifadə verə bilməsin deyə, onu süni nəfəs aparatına qoşduqlarından şübhələnirəm”. 

Hazırda ittihamla bağlı faktlar araşdırılır. İttihamın doğruluğunun aydınlaşdırılması üçün cəsəd tibbi-ekspertizaya göndərilib.  Xəstəxana isə təbii ki, ittihamları rədd edir və qadının koronavirusdan vəfat etdiyini bildirir.