Kripto pullar əriyir! İnsanların psixologiyası pozuldu    

Kripto pulun dəyəri 12 maydan etibarən geriləməyə başlayıb.  Kriptonun 2.5 trilyon dollarlıq  bazarında sürətli geriləmə müşahidə edilir. Elon Muskun twetləriylə başlayan satışlar Çinin kripto pul yığımına qadağa qoymasıyla artıb.

“Sher.az” “Milliyet.com”a istinadən bildirir ki, satışlar nəticəsində kripto pul bazarındakı geriləmə böyük rəqəmlərlə ölçülür. Son 10 gündə kripto pul bazarı 900 milyard dollar geriləyərək 2,5 trilyon dollardan 1 trilyon 603 miyard dollara düşüb. “Millliyet” yazır ki, Türkiyədə kripto pul bazarında 5-6 milyon nəfər alış-veriş edir, 14 milyon nəfər də bu bazarla maraqlanır. Kriptonun dəyərinin yüksəlməsi həyəcan yaratdığı kimi, enişlər də insanlarda psixoloji problemlərə yol açır. Bununla belə insanların kripto pul bazarına maraqları azalmır. Mütəxəssislər hesab edir ki, böhranlar zamanı ən çox itkiyə məruz qalanlar təşvişə düşənlərdir. Gözləmək lazımdır. Çin dalğası keçib getdiyində təkrar yüksəliş ola bilər. 
Məlahət