Timsahın mədəsindən çıxanlarla nahar elədilər


Bu görüntülər Uzaq Şərqdəndir. İki dost timsah ovuna çıxıb. Məqsədləri isə, nə qədər qəribə görünsə də, timsahın mədəsindən çıxacaqlarla qidalanmaqdır.


“Sherg.az” “Milliyyət.com”a istinadən bildirir ki, ovçular çayın kənarındakı timsahı fərq edib onu ovlamağa çalışıblar. İşinin ustası olan ovçular qısa müddətdə timsahı zərərsizləşdirə bilib.  Ovçulardan biri timsahı baş, difəri isə quyruq tərəfindən qalın çomağın ucuna keçirirək sahilə sürüyüblər. Rahat bir yerdə timsahın mədəsini kəsib, içindənkiləri çıxarmağa başlayıblar; görək, nahara nəyimiz var?!  Timsahın mədəsindən qida üçün yararlı xeyli canlı çıxıb. Ən böyüyü isə qara tısbağa olub.  Ovçuları heyrətləndirən bu olub ki, saatlarla timsahın mədəsində qalmasına baxmayaraq tısbağa sağ imiş.