Dünyanın ən yaşlı və ən sürətli alpinistləri Everestdən təhlükəsiz şəkildə endi 

Yer kürəsinin ən hündür dağ silsiləsi, Asiya qitəsində sıralanmış Himalay dağlarının  hündür zirvəsi – Everest (Comolunqma) tarix boyu təkcə alpinistlərin deyil, sadə insanları da daim  özünə cəlb edib. Lakin zirvəyə yetişmək çox az insana nəsib olur.

Amerikanın ən yaşlı alpinisti 75 yaşlı Artur Muir və dünyanın ən sürətli alpinist qadını – Tsang Yin-hung  may ayının əvvəlində dırmandıqları Everest zirvəsindən bu günlərdə təhlükəsiz bir şəkildə eniş həyata keçiriblər. 


“Sherg.az” “Milliyət.com”a istinadən xəbər verir ki, 75 yaşlı Artur Muir bununla 67 yaşlı alpinist Bill Burkerin bir vaxtlar əldə etdiyi rekordu təzələyb. Honq-Konqlu 45 yaşlı müəllimə Tsang Yin-hung isə Everest zirvəsinə 25 saat 50 dəqiqə ərzində dırmanaraq dünyanın ən sürətli qadın dağçısı” adını qazanıb. 75 yaşlı Artur Muir təqaüddə olan vəkildir. Dağçılığa gec başlasa da, bu işi sevdiyini deyir. Əvvəlki dırmanışları zamanı ayaq biləyini zədələsə də, zərvəyə doğru yürüməkdən vaz keçməyib. Nepalın paytaxtı Katmanduda media önünə çıxan A.Muir bu son macəra zamanı qorxduğunu, narahatlıq keçirdiyini də etiraf edib. Qadın dağçı isə 5 min 300 metrdə yerləşmiş əsas düşərgə ilə 8 min 849 metrlik zirvəyə yetişmək üçün sadəcə 2 dəfə dincəlib və dik məsafəni 25 saat 50 dəqiqəyə qət eidb. Hong-Konqlu müəllimə zirvəyə çatdığı üçün rahatlıq hiss etdiyini deyib və bildirib ki, məqsədi rekord əldə etmək deyildi, yoldaşlarına və şagirdlərinə bu işi bacardığını sübut etmək idi.  Qeyd edək ki, Nepal höküməti alpinizmdən külli miqdarda gəlir əldə edir. Everest zirvəsi isə 1920-ci ildən bu günədək 200-dən çox alpinistə məzar olub...