Baş nazirdən sürpriz evlilik: Toy mərasiminə 30 nəfər qatılıb

İngiltərənin baş naziri Boris Conson nişanlısı Kerri Saymondsla (Carrie Symonds) Nazirlər Kabineti (Westminster Cathedral) iqamətgahında düzənlənmiş kiçik bir  mərasimdə evlənib.

BBC News Türkcə-nin xəbərinə görə, nikah mərasimi haqqında əvvəlcədən rəsmi məlumat verilməyib. Qonaqlara ən son anda dəvətnamə göndərilib. Nikah haqqında yalnız bu gün məlumat açıqlanıb. Nazirlik sözçüsü isə bildirib ki, növbəti ilin yazında cütlük daha geniş bir mərasim keçirməyi planlaşdırır. 
İngiltərə mətbuatında yayılan xəbərlərə görə, 56 yaşlı baş nazir 33 yaşlı nişanlısı Saymondsla nikah mərasimində “Westminster Cathedral”ındə 30 nəfərlik ailə üzvləri və yaxın dost-tanışları iştirak edib. Covid-19 pandemiyasıyla  əlaqədar İngiltərədə toy mərasimlərində 30 nəfərdən artıq qonağın iştirakına icazə verilmir. Baş Nazirlik mövzuyla bağlı rəsmi şərh verməyib. Bu, B.Consonun üçüncü evliliyidir. Onun 2018-ci ildə bitən evliliyindən 4 uşağı var.  2019-cu ilin