Fransada gündəlik yoluxma sayı yenidən 2 mini ötüb

Avropa ölkələrində karantin rejiminin yumşaldılmasının ardından yoluxma sayında yenə artım nəzərə çarpır.

Sherg.az xarici mediaya istinadən bildirir ki, Fransada gündəlik yoluxma sayı yenidən 2 mini ötüb. Son 24 saatda bu ölkədə Covid-19-a yoluxma sayı 2 min 128 olub, 12 nəfər vəfat edib. Bununla da Fransada koronavirusdan ölənlərin sayı 110 min 980-ə çatıb.

COVİD-19 testlərində “pozitiv” nəticələrdə 8 faiz artım qeydə alınıb.  Fransa xəstəxanalarında 9 min 24 nəfərin müalicəsi davam edir, onlardan 1349 nəfəri  reanimasiya şöbəsindədir.