Bir yaşlı körpə eyvandan  yerə düşüb öldü

Daha bir eyvan faciə yaşanıb.  Hadisə İstanbul “Avcılar” rayonunda baş verib. 



Sherg.az “Hürriyet.com”a istinadən bildirir ki, faciə İstanbulun Mustafa Kamal Paşa məhəlləsndə yaşanıb. Almaniyada uzun müddət işlədikdən sonra Türkiyəyə qayıdan Akbayin ailəsi qayınata Polat İrmakın evində müvəqqəti yaşayırmış.  Akbain ailəsinin 2 övladından biri – 1 yaşlı Lina mətbəxdəki kiçik eyvana çıxıb yoldan keçən avtomobillərə baxarkən dəmir məhəccərlərinin arasından yerə düşüb. Qonşuluqdakı Fatima Demir körpənin məhəccərin arasında düşdüyü anı görüb və çığırıb. Çığırtıya eyvana çıxan baba Polat İrmak nəvəsini yerdə qan içində  görüb. Baba şəxsi minibusla nəvəsini xəstəxanaya çatdırıb. Lakin körpənin artıq vəfat etdiyi, hər hansı tibbi müdaxilənin yersiz olduğu müəyyənləşib. Qonşular faciə yaşayan ailənin halının sözlə ifadə edilməyəcək dərəcədə ağır olduğunu söyləyib. Qonşular eyni zamanda “belə eyvan olurmu?! Bu, faciəyə dəvət göndərməkdir” deyərək eyvandakı məhəccər dəmirlərinin geniş aralıqlı olduğuna işarı ediblər. Körpə Lina isə Tuncelidə torpağa tapşırılacaq.