Milli Məclisin nümayəndələri Rusiya Dumasına seçkiləri müşahidə ediblər

Azərbaycan Respublikası Milli Məclisinin nümayəndələri sentyabrın 16-dan 20-dək Rusiya Federasiyasıbda Dövlət Dumasına keçirilən seçkiləri müşahidə ediblər.

Bu barədə “Report”un Rusiya bürosuna Dövlət Dumaya seçkilərdə müşahidə missiyanı yerinə yetirən Milli Məclisin deputatı Nizami Səfərov bildirib.

Onun sözlərinə görə, Dumanın nümayəndələri ilə görüşlər keçirilib: "Rusiya hökuməti tərəfindən seçki prosesini videokameralarla müşahidə etmək imkanı verilib. Bu sistem təkcə Moskvada, həm də Moskva vilayətində yayılıb. Bundan başqa, bizim müşahidə missiyamıza seçki məntəqələrində prosesi izləmə də daxildir".

Seçkilər zamanı hər hansı pozuntuların olub-olmamasına gəlincə, N.Səfərov qeyd edib ki, bu barədə yalnız seçki günlərinin başa çatmasından sonra danışmaq olar. Azərbaycanlı müşahidəçilərin missiyasının bütün nəticələri yaxın vaxtlarda Rusiya qanunvericiliyinə uyğun olaraq təqdim ediləcək.