Pakistan ordusuna aid qırıcı təyyarə qəzaya uğrayıb

Pakistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarə ölkənin şimal-qərbində qəzaya uğrayıb.
Pakistan HHQ-dən bildirilib ki, təyyarə Mərdan rayonunda təlim uçuşu icra edib. Pilotun taleyi barədə məlumat verilməyib.
Faktla bağlı araşdırma başlanılıb.
Mənbə: “Geo News”