Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkəyə geri qayıdıb.
Bu barədə o, “Facebook” hesabında paylaşım edib.
“Sabahın xeyir, Gürcüstan. Səkkiz il keçib”, - deyə M.Saakaşvili yazıb.
Daha sonra M.Saakaşvili Batumidə olduğunu açıqladığı bir videomüraciət yayıb.
On.ge saytı qeyd edir ki, siyasətçinin həqiqətən Gürcüstana qayıdıb-qayıtmadığı hələlik bəlli deyil. Onun əsasını qoyduğu “Vahid Milli Hərəkat” Partiyasından bildiriblər ki, təfərrüatlardan məlumatsızdırlar.
Gürcüstanın Daxili İşlər Nazirliyi isə M.Saakaşvilinin ölkə sərhədlərini keçmədiyini açıqlayıb.
Qeyd edək ki, M.Saakaşvili Gürcüstanı 2013-cü ildə tərk edib. Bundan dərhal sonra onun barəsində dörd cinayət işi açılıb.
Mənbə: “Meduza”