ABŞ-da məktəbdə atışma törədən şəxs saxlanılıb-YENİLƏNİB

ABŞ-ın Texas ştatının Arlinqton şəhərində məktəbdə atışma törədən şəxs saxlanılıb.

Bu barədə "Report" CNN-ə istinadən xəbər verir.

Məlumata görə, polis tərəfindən saxlanılan şəxs 18 yaşlı Timoti Simpkinsdir. 

"O, hazırda Arlinqtonda həbsdədir. Və indi detektiv onu danışdırır", - Arlinqton Polis İdarəsi rəisinin köməkçisi Kevin Kolbe bildirib.

Polis rəsmisinin sözlərinə görə, atışma zamanı xəsarət alan yaralılardan biri cərrahi əməliyyat edilib, gənc özünü yaxşı hiss edir.

Qeyd edək ki, atışma nəticəsində 4 nəfər yaralanıb. Hadisə yerinə polis əməkdaşları, eləcə də təcili yardım maşınları cəlb olunub.

19:50
ABŞ-ın Texas ştatının Arlinqton şəhərində məktəbdə atışma baş verib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Atışma nəticəsində 4 nəfərin yaralandığı bildirilir.

Hadisə yerində polis əməkdaşları, eləcə də bir neçə təcili yardım maşını var.

Başqa detallar hələlik açıqlanmır.