İki Avropa ölkəsi “Moderna” peyvəndinin istifadəsini dayandırdı


İki Avropa ölkəsi - İsveç və Danimarka “Moderna” peyvəndini gənc insanlara vurulmasını qadağan edib. 

Danimarka Səhiyyə Təşkilatı 18 yaşdan aşağı vətəndaşların “Moderna” ilə peyvənd edilməsini qadağan edib.

Rəsmilər bu qərarın ehtiyat tədbiri olaraq həyata keçirildiyini qeyd edir.

Öz növbəsində İsveç hökuməti yan təsirlərin artma riski səbəbiylə 30 yaşdan aşağı insanların “Moderna” ilə peyvənd edilməsini dayandırıb.

İsveçin baş epidemioloqu Anders Teqnell qeyd edib ki, dövlət qurumları peyvəndlərin təhlükəsizliyi və təsirli olması üçün vəziyyəti daim diqqətdə saxlayır. 

Daha əvvəl isə Yaponiya rəsmiləri “Moderna”nın koronavirusa qarşı peyvəndində paslanmayan polad hissəciklərinin tapıldığına dair açıqlama verilmişdi.

Mənbə: “The Local”