Ermənistanın səhiyyə naziri: "Ölkə üzrə peyvəndlənmə çox aşağı səviyyədədir"

Ermənistanda ümumi əhalinin 14 faizi COVID-19-a qarşı vaksinasiya olunub.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anait Avanesyan oktyabrın 7-də hökumətin iclasından sonra keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Ermənistan əhalisinin 14 faizi bir və ya iki dozanı qəbul edib. Nazir bu göstəricinin çox aşağı olduğunu etiraf edib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında Səhiyyə Nazirliyini peyvəndləmə aşağı səviyyədə olduğu üçün tənqid edib.