İkinci Dünya Müharibəsindən qalma 5 bomba məhv edildi - FOTOLAR

Almaniyanın Köln şəhərində İkinci Dünya Müharibəsindən qalma müxtəlif ölçülü beş bomba zərərsizləşdirilib. Köln Böyükşəhər Bələdiyyəsinin verdiyi açıqlamaya görə, Rondorf bölgəsində Amerika və İngilis bombalarının məhv edilməsi zamanı bölgə sakinləri təxliyyə edilib.
“Sherg.az” türk mətbuatına istinadən bildirir ki, mütəxəssislər bombaları heç bir problem olmadan zərərsizləşdiriblər. Təmizləmə işlərindən sonra təxliyə edilənlər evlərinə qayıdıb.
Qeyd edək ki, Almaniyada bəziləri yaşayış yerlərində İkinci Dünya müharibəsindən bəri çoxlu partlamamış bombalar var.