Tramp: “Boksda Baydeni ilk saniyələrdə yerə yıxardım”

Keçən il ABŞ seçkilərində Co Baydenə məğlub olan sabiq prezident Donald Tramp boks yarışlarının şərhçisi oldu.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, keçmişdə televiziyada realiti şou təcrübəsi olan Trump, Evander Holifild və Vitor Belfort arasındakı matçın tanıtım tədbirində Baydeni də unutmayıb.
Tramp indiki prezident Baydeni boksda asanlıqla yıxa biləcəyini söyləyib:
“Yəqin ki, Baydenlə döyüşmək mənim üçün çox asan olardı. Onu ilk saniyələrdə yerə yıxardım”.