Bill Klintonun vəziyyəti açıqlanıb-YENİLƏNİB

ABŞ-ın keçmiş Prezidenti, 75 yaşlı Bill Klintonun sağlıq durumu açıqlanıb. 

“Report”un məlumatına görə, eks-prezidentin sözçüsü Angel Ureya onun vəziyyətinin yaxşı olduğunu bildirib. 

“İki günlük müalicədən sonra leykositlərin sayı azalıb. Onun yaxın zamanda evə buraxılacağına ümid edirik”, - o deyib.

07:03

ABŞ-ın keçmiş prezidenti Uilyam Ceferson (Bill) Klinton Kaliforniyada xəstəxanalardan birinə yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə həkimlərə və siyasətçinin nümayəndəsinə istinadən CNN telekanalı məlumat yayıb.

Qeyd edilir ki, onun xəstəliyi COVID-19 ilə bağlı deyil, qan zəhərlənməsi ilə əlaqədardır.

"O, artıq xəstəxanaya infeksiyayla çatdırılıb. Onu antibiotiklərin köməyi ilə müalicə edirlər. Həkimlər bildirirlər ki, Bill Klinton müalicəyə müsbət reaksiya verir", - telekanal bildirib.

Klintonun nümayəndəsi həmçinin qeyd edib ki, sabiq prezidentin səhhəti sağalmağa doğru gedir.

Qeyd edək ki, Bill Klinton 1993-cü ildən 2001-ci ilə qədər ABŞ prezidenti olub.