Rusiyada metanol spirtindən ölənlərin sayı artıb


Rusiyanın Yekaterinburq şəhərində metanol spirtindən zəhərlənərək ölənlərin sayı artıb.

"Report" bu barədə TASS-a istinadən xəbər verir.

Son məlumata görə, ölənlərin sayı 18-ə çatıb.

Faktla bağlı cinayət işi açılıb. Artıq iki nəfər saxlanılıb.

18:09
Rusiyanın Yekaterinburq şəhərində 16 nəfər metanol spirtindən zəhərlənmədən ölüb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Vahid Rusiya" Partiyasının Sverdlovsk vilayəti üzrə layihə koordinatoru Dmitri Çukreyev bildirib ki, hadisə şəhər bazarlarından birində baş verib.

Hadisə ilə bağlı artıq bazar sahibi saxlanılıb.