İspanların qəribə xüsusiyyətləri: “Görüşə 30 - 45 dəqiqə gec gəlirlər və...” - Fotolar

İspaniyanı rahat həyat tərzi, səs -küylü gecə həyatı və sonsuz festivalları ilə tanıyırıq.  Bəs ispanların bilmədiyimiz digər xüsusiyyətlər nələrdir? "Siesta" onların həyatında əvəzolunmazdır. İspanlar rahatlığı və zövqü sevən bir millətdir. 


Günortaya qədər işləyirlər və sonra “siesta” dedikləri günorta yuxusu ilə dincəlirlər.  İş yerlərinin çoxunun günorta saatlarında bağlandığını görsəniz, təəccüblənməyin. 

Bundan başqa, Eyfel qülləsi əslində əvvəlcə İspaniyanın Barselona şəhərində tikilməli imiş, ancaq İspaniya hökuməti göz yorucu bir görüntü  yaradacağından narahat olaraq buna razı olmayıb. İspan dilində bəzi adlar çox uzundur.  Adları ilk dəfə görənlər əvvəlcə bir cümlə olduğunu düşünə bilərlər.

 4-5 sözdən ibarət adlar belə ola bilər.  Bunun səbəbi ispanların həm analarından, həm də atalarından soyad almalarıdır. Hər il İspaniyada keçirilən pomidor festivalında təxminən 150 tona yaxın pomidor istifadə edilir.Festival günü yüz minlərlə pomidor bələdiyyə tərəfindən yük maşınları ilə küçələrə tökülür.

 İspan dili dünyada ən çox danışılan ikinci dildir. İspan dili təkcə İspaniyanın deyil, həm də Argentina, Boliviya, Kolumbiya, Çili, Paraqvay, Panama, Meksika, Nikaraqua, Honduras, Qvatemala, El Salvador, Ekvador, Kuba, Dominik Respublikası, Peru, Uruqvay, Puerto Riko, Venesuela və Ekvatorial Qvineyanın rəsmi dilidir. FC Barcelona, dünyanın ən böyük stadionudur. İspanlar görüşə ən az 30 - 45 dəqiqə gec gəlirlər. Bu gecikmələr onlar üçün əhəmiyyətsizdir.  Kimsə ilə görüşmək istəyəndə ümumiyyətlə "İspan saatı yoxsa normal vaxt?" deyə  soruşurlar. Avropanın çılğın partilərinin keçirildiyi İbiza adası İspaniyada yerləşir. Ada musiqi festivalları və gecə həyatı ilə məşhur olan Avropanın ən məşhur yerlərindən biridir. Sosial mediada "jajaja" və ya "jejeje" şəkilində gülürlər.

İspaniyada 47 mərtəbəli göydələnə lift hazırlamağı unudublar.  Bu göydələn əvvəlcə İspaniyanın böhrandan çıxmasını və parlaq gələcəyini simvollaşdırmaq üçün tikilmişdi.  İlk 20 mərtəbəyə lift tikən inşaatçılar qalan 27 mərtəbəyə lift tikməyiblər. 

Teleferiklə xaricə səyahət edə bilərsiniz İspaniya ilə Portuqaliya arasındakı teleferiklə cəmi bir dəqiqədə fərqli bir ölkəyə səyahət edə bilərsiniz. İspaniya dünyada zeytun yağının ən çox istehsal olunduğu ölkələrdən biridir. İspaniyada alkoqol təəccüblü dərəcədə ucuzdur. Xüsusilə Fransadan idxal edilən şərablar da çox ucuzdur, çünki saxlama tankları idxal olunur və şüşələmə İspaniyada aparılır. 

Tapas mədəniyyəti sayəsində qəlyanaltılar hər zaman masanıza gələ bilər, hər içkinin yanında sosiska, kartof, toyuq və ya xəmir məhsulları istifadə edirlər.

İstinad :onedio.com