Qadın kosmonavtlara böyük avantaj
Kosmosa uçuşun insan orqanizminə təsirləri araşdırılıb. Əvvəllər bu məsələ yalnız astronavtları, onların ailələrini maraqlandırırdı. Son illərdə kosmosa turist səyahətləri – kosmos turizmi gündəmə gəldiyindən, hətta bəzilərinin Marsa səyahət üçün külli miqdrada ödəniş etdiklərindən bu məsələdə maraq dairəsi xeyli genişlənib.
“Sherg.az” “mashable.tr”-nin AFR-dən tərcümə etdiyi material təqdim edir. Materialda qeyd edilir ki, 2021-ci ildə SpaceX-in kosmik gəmisiylə kosmosa səyahət etmiş mülki 4 şəxs üzərində aparılan araşdırmalara görə, insan kosmosda olarkən orqanizmdə bir çox dəyişikliklər baş verir, lakin insan Yerə endikdə bir neçə həftə ərzində orqanizm əvvəlki vəziyyətinə qayıdır. Kosmosda cazibə qüvvəsinin olmaması, radiasiya qorxusu insanların stressə düşməsinə səbəb olur. Alimlər astronavtların səhhəti ilə bağlı tədqiqat apararkən sümük kütləsində azalma, görmə qabiliyyəti, ürək və böyrəklərin fəaliyyətində ciddi problemlər yarandığını müəyyən ediblər. Lakin astronavt sayının ümumilikdə dünya üzrə az olması daha əhatəli tədqiqat aparmağa imkan verməyib. “Inspiration4” missiyası çərçivəsində kosmosda 3 gün qalmış ABŞ-li 4 turistin səhhəti ilə bağlı əldə edilən məlumatların astronavtların məlumatları ilə müqayisəli təhlili bu məsələdə müəyyən bilgilərin əldə edilməsinə şərait yaradıb. Nəticələr “Nature” dərgisində yayımlanıb. Tədqiqat gəstərib ki, insanlar kosmosda olarkən qanda, ürəkdə, dəridə, proteinlərdə, böyrəklərdə, genlərdə, mitokondrilərdə, telomerlərdə, sitokinlərdə dəyişikliklər əmələ gəlib. Sağlamlıqla bağlı göstəricilərin 95 faizi onlar dünyaya döndükdən sonrakı 3 ay ərzində əvvəlki səviyyəsinə çatıb. Tədqiqatçı-yazar Kristofer Mason, bu nəticələrə əsaslanaraq kosmosa uçuşdan alınacaq ən önəmli dərsin insanların bir çoxunun kosmosa uçuşdan sonra səhhətlərində müsbət dəyişikliklərin əmələ gəldiyinin öyrənilməsi olduğunu deyib. K.Mason verdiyi açıqlamada qeyd edib ki, aparılan tədqiqat gələcəkdə kosmosa uçacaq insanları qorumaq üçün hansı preparatların hazırlanmasını, təhlükələrin qarşısının necə alınmalı olduğunu göstərəcək. Milyonçu Jared Isaacmanın maliyyələşdirdiyi və kapitanı olduğu “Inspiration4” missiyası kosmosun hər kəsə açıq olduğunu göstərmək məqsədi daşıyıb. Uçuşa başlamadan öncə bu 4 mülki şəxslə bağlı bir çox müayinələr, testlər aparılıb. 29 yaşlı tibb bacısı Hayley Arceneaux dərisindəki biobsi izini göstərərək “kosmosuj buraxdığı izi çox sevirəm”, deyib. 4 mülki şəxs kosmosda olduqları müddətdə aşınmaya qarşı qoruma vasitəsi olan telomerlərin böyüdüyü, Yerə endikdən sonra isə təkrar qısaldığı müəyyən edilib. Colorado Universitetindən Susan Bailey isə hesab edir ki, telomerlərin ölçü dəyişmələri qocalmaya qarşı vasitəni tapmaqda kömək edə bilər.