İspaniyada “Ağlayan ev” açıldı - FOTO

İspaniyanın paytaxtı Madriddə özəl bir klinika tərəfindən “Ağlayan Ev” (“La Lloreria”) adlı mərkəz açılıb.
“Sherg.az” “Ntv.com”a istinadən bildirir ki, mərkəzin açılmasında əsas məqsəd psixi sağlamlığın əhəmiyyətini vurğulamaq və psixoloji dəstəyi normallaşdırmaqdır.
“Ağlayan Ev”in divarlarında psixoloqların telefon nömrələri ilə yanaşı, "İçəri gir və ağla", "Mənim də narahatlığım var", "Pis olmaq yaxşıdır", "Ağlamaq cəsarətlidir" kimi yazılar da var. Psixoloji dəstəyin hər kəs üçün daha asan, rahat və əlçatan olmasını gücləndirmək üçün “Ağlayan Ev”i ziyarət edən hər kəsə 60 dəqiqəlik pulsuz onlayn terapiya verilir.