Dünya nəhəng bir tunelin içindədir

Kanadalı astronom Cennifer Uestin rəhbərlik etdiyi araşdırma qrupunun yeni təhlillərinə görə, Yer, hətta bütün Günəş Sistemi nəhəng bir maqnit tuneli ilə əhatə olunub.
“Sherg.az” “Sabah.com”a istinadən xəbər verir ki, araşdırmaçılar səmadakı iki əsas quruluşa diqqət yetirirlər, Şimal Qütbü və Fan Bölgəsi.
C.Uestin araşdırma haqqında bu sözləri söyləyib:
“Radio işığını görə bilən gözlərimiz olsaydı, göyə baxanda hər istiqamətdə tunelə bənzər bir quruluş görərdik”.