Ukrayna ordusu Krımla sərhəddə hərbi təlimlərə başlayıb


Ukrayna ordusu Krımla sərhəd yaxınlığındakı Xerson bölgəsində hərbi təlimlərə başlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Təlimlərdə ekipaj yerləşdirmək və konkret hədəflərə atəş açmaqla bağlı tapşırıqlar yerinə yetiririlir.

Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Sergey Naev deyib ki, belə təlimlər plana uyğun olaraq hər həftə keçirilir.