3 tropik buz sahəsi əriyəcək: sel daşqınları olacaq 

Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı Dünya Meteorologiya Təşkilatı (WMO) Afrikada getdikcə daha çox baş verən iqlim fəlakətləri ilə bağlı iqlim hesabatı hazırlayıb.
“Sherg.az” “Ntv.com”a istinadən bildirir ki, hazırlanan hesabatda qitənin hava fəlakətlərinə uyğunlaşma qabiliyyəti ilə bağlı narahatlıqlar qeyd olunub. Hesabatda bildirilib ki, iqlim dəyişikliyi əsrin ortalarına qədər qitənin ümumi məhsulunu 3 faiz azalda bilər. İstixana qazı emissiyalarının 4 faizdən azını təşkil edən Afrikanın iqlim dəyişikliyindən ciddi şəkildə təsirlənəcəyi gözlənilir. Tarlaların artıq qitədə quraqlığa meyilli olduğunu vurğulayan alimlər qitədə hökm sürən yoxsulluğun insanların iqlim şəraitinə uyğunlaşmasını çətinləşdirdiyi də vurğulayıblar.
Eyni zamanda Tanzaniyadakı Kilimancaro və qitənin ən yüksək dağı olan 3 tropik buz sahəsinin yaxın 20 ildə yox olacağı bildirilib. Həmçinin sel daşqınları və ya həddindən artıq istilər olacağı barədə xəbərdarlıqlar edilib.