Alimlərdən pandemiyadan daha təhlükəli qlobal fəlakət barədə XƏBƏRDARLIQ


Alimlər Yer kürəsində hava temperaturunun artmasını pandemiyadan daha təhlükəli fəsadlara səbəb ola biləcəyini bəyan ediblər.

Bu barədə Qlazqoda keçiriləcək İqlim Dəyişikliyi Sammiti iştirakçılarına ünvanlanan müraciətdə bildirilib.

Havanın çirklənməsi və digər iqlim problemləri nəticəsində hər il yeddi milyon insanın həlak olduğu vurğulanıb. Qeyd olunub ki, Çin, Hindistan, Pakistan, Almaniya və Belçika kimi ölklərdə çoxsaylı insan tələfatı ilə müşayət olunan təbii fəlakətlər məhz iqlim dəyişikliklərinin nəticəsidir.

Alimlərin sözlərinə görə, qlobal kataklizmlərin qarşısını almaq üçün atmosferə zərərli tullantıların həcmini azaltmaq, bərpa olunan enerji texnologiyalarının inkişafı və əhalinin sağlamlığının təmin olunmasına külli miqdarda vəsait yatırmaq vacibdir.

Mənbə: phys.org