“Facebook” və “WhatsApp” Hindistanda dini ədavəti qızışdırıb


“Facebook” və “WhatsApp” Hindistanda dini zəmində ədavətin qızışdırılmasında müstəsna rol oynayıb.

Bu barədə “Facebook” şirkətinin daxili sənədlərinə istinadən məlumat yayılıb.
Bildirilib ki, 2019-cu ilin sonu və 2020-ci ilin əvvəllərində şəbəkələrdə zorakılığa çağırışların həcmi üç dəfə artıb. Həmin çağırışların 30%-dən çoxu isə müsəlmanlara qarşı yönəlib.

Mənbə: “The Wall Street Journal”