Əfqanıstanda atışma: Yeddi uşaq həlak oldu

Əfqanıstanın Herat şəhərində “taliblər”lə adı açıqlanmayan silahlı şəxslər arasında baş verən atışma zamanı uşaqlar da daxil olmaqla azı 17 nəfər həlak olub.

Ölənlər arasında yeddi kişi, yeddi uşaq və üç qadın var. Onların hamısının güllə yarası aldığı bildirilir.

Atışma təxminən iki saat davam edib.

“Taliban” əleyhdarları arasında İŞİD tərəfdarlarının olması faktı araşdırılır.

Mənbə: Mk.ru