UEFA Macarıstan millisinin cəzasını azaldıb

UEFA Macarıstan Futbol Assosiasiyasının apellyasiya şikayətini qismən təmin edib.

"Report" xəbər verir ki, Avropa futbol qurumu sözügedən ölkənin milli komandasının azarkeşsiz keçirməli olduğu oyunların sayını, biri şərti olmaqla, üçdən ikiyə azaldıb.

Qeyd edək ki, UEFA macarıstanlı azarkeşlərin AVRO-2020-nin oyunları zamanı irqçi şüarlarına görə yerli federasiyanı cəzalandırmaqla yanaşı, həm də 100 000 avro cərimələmişdi.