Azərbaycan cüdosunun Vüsal müəllimi...
12:13 21.01.2025
İdman
436
Həyatımızdakı bəzi insanlar sadəcə epizodik xarakter daşıyır. Gəlir və gedirlər. Bəziləri isə nəinki bu günümüzə, həm də gələcəyimizə toxunurlar.
Mənim üçün belə adamlardan biri çoxdan- uşaqlıqdan tanıdığım məşqçim, müəllimim Vüsal Əhmədovdur. 13 nömrəli İxtisaslaşmış Olimpiya Uşaq və Gənclər İdman Məktəbində uzun müddət onun rəhbərliyi ilə cüdo idman növü ilə məşğul olmuşam. Arada fasilələr vermişəm. Amma hər dəfə geri qayıdanda məni yeni səmimiyyət, diqqətlə qarşılayıb.
Əgər bunun bir səbəbi Vüsal müəllimin atam və rəhmətlik əmimlə olan dostluğu idisə, ikincisi, heç şübhəsiz, onun özünün xarakteri ilə bağlıdır.
Belə ki, Vüsal müəllim təkcə idmançı və ya idman mütəxəssisi deyil, əsl müəllimdir. İnsan psixologiyasını, kimə necə yanaşmaq lazım olduğunu bilir. Sərtliyi də var, səmimiyyəti də. Amma ədalətsizliyi yoxdur.
Yadıma gəlir, ilk vaxtlar güləşəndə hər dəfə kimanonun kəməri açılanda bağlaması üçün onun yanına qaçırdım. Təbəssüm edir, dizi üstə oturub bağlayırdı. Həmin bir neçə saniyə ərzində həm də nə isə tövsiyə verirdi. Məsələn deyirdi ki, tapşırıqları yeri yetirməyə tənbəllik etmə, çünki hər şey ən elementar hərəkətdən- bəzən ayağını bir addım qabağa qoymaqdan başlayır.
Ümumiyyətlə, o, belə psixoloji söhbətləri çox sevirdi. Hərdən məşqin sonuna bir az qalmış, ya da elə məşqin ortasında bütün idmançılara sıraya düzülmək barədə tapşırıq verir və danışırdı: "Yarışda udmaq üçün məşqdə yorulmaq lazımdır. Çox əziyyət çəkmək, müəllimin dediklərini dəqiq yerinə yetirmək lazımdır...".
Əslində Vüsal müəllim bizi həm də gələcək həyata hazırlayırdı. Ağır fiziki məşqdən, yaxud qaçışdan sonra yaxınlaşıb yorulduğumu deyirdim. Əvvəl üzümə baxır, sanki, həqiqətən, yorulub- yorulmadığımı müəyyənləşdirirdi. Sonra da "ya artıq bəsdir" deyir, ya da sonuncu cəhdi də etmək lazım olduğunu deyirdi. Yəni Vüsal Əhmədov həm də yetirmələrinə özünəinamı öyrədir.
Bəlkə də, yaxşı idmançı ola bilməmişəm. Amma Vüsal müəllimdən çox şey öyrənmişəm. Vaxt ötdükcə bunu daha çox hiss edirəm.
İndi mən də müəlliməm. Öz tələbələrimlə münasibətdə Vüsal Əhmədovdan öyrəndiklərimi tətbiq etməyə çalışıram. Bu mənada əslində mən onun yetişdirdiyi yüzlərlə çempion kimi Vüsal müəllimə minnətdaram.
Ad gününüz, yeni yaşınız mübarək, müəllim. Cüdo dili ilə desək, "ippon"larınız bol olsun.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region