Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan misirli həmkarı Bədr Əbdülati ilə iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə edib.
Sherg.az xəbər verir ki, görüş oktyabrın 30-da “Manama Dialoqu” beynəlxalq forumu çərçivəsində baş tutub.
Tərəflər Ermənistan-Azərbaycan sülh prosesi, beynəlxalq tərəfdaşların rolu və Yaxın Şərqdəki vəziyyət barədə də fikir mübadiləsi aparıblar.