Son dəqiqə... Peruda 7.5 bal gücündə zəlzələ

Cənubi Amerika ölkəsi Peruda yerli saatla 05.52-də şiddətli zəlzələ baş veib. Amerika Geoloji Araşdırma Mərkəzi (USGS), təkanların böyüklüyünü əvvəl 7.4 bal, daha sonra da 7.5 olaraq açıqlayıb.

Sherg.az  xarici media istinadən xəbər verir ki,  zəlzələnin mərkəzi Perunun şimalındakı Barranca qəsəbəsinin 42 kilometr uzaqlığındadır.

Yerin 112 kilometr altında baş verən təkanlar  Perunun qonşuları Ekvador, Kolombiya və Braziliyada da hiss edilib. İctimai mediada paylaşılan görüntülərdə, Perunun şimalında bəzi binaların yıxıldığı və ya ziyan dəydiyi görünür. Bir çox şəhərdə insanların yataqlarından atılıb küçəyə qaçdığı, Ekvadordan isə uçan binaların şəkilləri paylaşılır.
 
Turan