Cənubi Afrikada “omikron” ştamı: 71 Türkiyə vətəndaşı təxliyə edilib

COVID-19-un yeni-“Omikron” şatamının yayılması səbəbindən Cənubi Afrika ölkələrindən 71 Türkiyə vətəndaşı təxliyə edilib.

AZƏRTAC xəbər verir ki, həmin şəxslər “Türk Hava Yolları” tərəfindən iki xüsusi çarter reysi ilə Keyptaun və Yohannesburqdan İstanbula gətiriliblər.

Onlar 14 gün müddətində karantində qalacaqlar.

Xatırladaq ki, COVID-19-un sözügedən ştamının yayılması səbəbindən noyabrın 27-dən etibarən Türkiyə ilə Botsvana, Cənubi Afrika Respublikası, Mozambik, Namibiya və Zimbabve arasında bütün səyahətlər müvəqqəti dayandırılıb.