Saakaşvili şəhər məhkəməsindən çıxarılaraq xəstəxanaya aparılıb

Eks prezident Mixeil Saakaşvili Tbilisi şəhər məhkəməsindən uzaqlaşdırılıb.

24News.ge xəbər verir ki, bu zaman onu çox sayda polis qüvvələri müşaiyət edib.

Mixeil Saakaşvili məhkəmənin həyətində tərəfdarları tərəfindən qarşılanıb və "Mişa, Mişa" şuarları ilə yola salınıb.

Qeyd edək ki, sabiq prezident Qori Hərbi Hospitalına aparılıb.