NATO baş katibi: “Rusiya ilə dialoqun mümkünlüyünə inanırıq”

NATO Rusiya ilə dialoqun mümkünlüyünə inanır, lakin eyni zamanda rəsmi Moskvaya qarşı məhdudlaşdırma siyasətini müdafiə edir.

“Report” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Latviyanın Adazi hərbi bazasına səfəri zamanı jurnalistlərə deyib.

"Biz münaqişə yox, əksinə, Rusiyanın hər hansı təcavüzünün qarşısını almaq istəyirik", - Stoltenberq bildirib.

Bundan əvvəl Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov deyib ki, Rusiya NATO ilə konstruktiv və bərabərhüquqlu dialoqa hazırdır.