Yunanıstanda vaksin vurdurmayanlar hər ay cərimə ediləcək


Yunanıstanda 60 yaşdan yuxarı insanların peyvənd edilməsi məcburi olub.

Bu barədə ölkənin baş naziri Kiriakos Mitsotakis açıqlayıb.

Onun sözlərinə görə, əks halda həmin şəxslər aylıq 100 avro cərimə olunacaqlar.

O, həmçinin qeyd edib ki, Milad bayramından əvvəl və sonra dövlət virusun mümkün asimptomatik daşıyıcılarını müəyyən etmək üçün bütün böyüklərə pulsuz testlər təqdim edəcək.

Mənbə: RİA Novosti