Britaniyada Brexit naziri istefa verib

Böyük Britaniyada Brexit naziri Lord Frost istefa verib.
APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, buna səbəb Lord Frostun hökumətin yeni növ koronavirusa (COVİD-19) qarşı mübarizə üsulları ilə bağlı narahatlıqları olub.
Lord Frost hökumətin səyahətlərlə bağlı qoyduğu məhdudiyyətləri tənqid edib və ölkənin COVİD-19-la yaşamağı öyrənməsi lazım olduğunu qeyd edib.
Brexit danışıqlarına rəhbərlik edən nazir Boris Consona yazdığı məktubda Baş nazirin koronavirusla mübarizə aparmaq üçün başqa ölkələrin tətbiq etdiyi məcburi tədbirlərə əl atmayacağına ümid etdiyini söyləyib.
Baş nazir isə Lord Frosta cavabında tənqidlərə cavab verməyərək ona hökumətə və ölkəyə göstərdiyi tarixi xidmətlərə görə təşəkkür edib.