GUAM-ın Azərbaycandakı seçkiləri müşahidə missiyasının tərkibi açıqlanıb

Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinin monitorinqində iştirak edəcək Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) müşahidəçilər missiyasının tərkibi açıqlanıb.

Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, GUAM-ın baş katibi Altay Əfəndiyev missiyanın rəhbəri təyin edilib.

Bundan əlavə, Gürcüstan parlamentinin deputatı David Matikaşvili, Ukrayna Ali Radasının deputatı Mixail Papiyev və qurumun Katibliyinin proqram koordinatorları Teymuraz Kiladze və Səbuhi Tamirov GUAM missiyasının tərkibində Azərbaycanda keçiriləcək seçkiləri müşahidə edəcəklər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və sentyabrın 1-nə növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.