Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi bu ilin iyul ayı ərzində Bakı şəhəri üzrə ümumilikdə 29 aptekdə yoxlama aparıb.
Bu barədə AEM-dən məlumat verilib.
Bildirilib ki, 28 aptekdə planlı, bir aptekdə yoxlamadan kənar təftiş keçirilib.
"Yoxlamalar zamanı 5 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib", - deyə məlumatda qeyd edilib.