"Bayraqdar" havaya qaldırıldı: 12 terrorçu məhv edildi

Türkiyə ordusu “Bayraqdar TB2” PUA-sı ilə Suriyanın şimalındakı Tel Rifat bölgəsində keçirdiyi əməliyyat nəticəsində 8 PKK terrorçusunu məhv edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Həmçinin, İraqın şimalındakı Haftanin bölgəsində keçirilən əməliyyat nəticəsində PKK-nın 4 üzvü öldürülüb.