Ankaradan Katza cavab: Diplomatları təhdid etməklə...

Müzakirəçiləri öldürməklə, diplomatları təhdid etməklə sülhə nail ola bilməzsiniz.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli X səhifəsində İsrailin xarici işlər naziri İsrail Katza cavab olaraq yazıb.

Qeyd edək ki, bu gün Ankaranın İsraildəki səfirliyində Türkiyə bayrağı HƏMAS lideri İsmayıl Haniyənin ölümü ilə bağlı yarıya endirilmişdi. İsrailin xarici işlər naziri İsrail Katz isə məsələ ilə bağlı sərt mövqeyini ortaya qoymuşdu.

Facebook