İstanbulda hər 10 nəfərdən biri günə börək dükanında başlayır

İstanbulda gündəlik istehlak edilən börək miqdarı 320 tondur. Orta hesabla hər 10 nəfərdən biri günə börək yeməklə başlayır.

Sherg.az xəbər verir ki, əsrlər boyu türk mətbəxində olan bənzərsiz xəmir yeməklərdən biri olan Börək xüsusilə səhər yeməyində süfrələrin vazkeçilməz dadları arasındadır.

Özünəməxsus çeşidləri və dadı ilə bir mədəniyyət elementi olan börək həm də sosial və mədəni məna daşıyan bir ənənə kimi qarşıya çıxır. Gündəlik həyatda praktiki səhər yeməyi istəyən işçilər, evdə və işdə qonaq qəbul edənlər tərəfindən üstünlük verilir.

İstanbul ölkə daxilində xəmirin ən çox istehlak edildiyi şəhərlərdən biridir. Hər rayonda çoxlu xəmir dükanlarının olduğu meqa şəhərdə ayda təxminən 10 milyon ton xəmir məmulatı istehlak edilir.

Börək İşadamları Dərnəyi (BİADER) başçısı Geçer, xüsusilə insanların sıx işlədiyi yerlərdə xəmirin şəhər həyatında çox əhəmiyyətli yeri olduğunu söyləyir.

Demək olar ki, hər kəsin məhəlləsində bir şirniyyat dükanı olduğunu ifadə edən Geçer, işçilərin ümumiyyətlə "praktiki səhər yeməyi" olaraq börəkə üstünlük verdiyini bildirib.

Xəmir mədəniyyətinin əsrlər boyu var olduğunu, lakin son zamanlarda geniş yayıldığını izah edən Geçer, bunları söyləyir:

"İstanbulda orta hesabla 8 min börəkçi sexi var. Bunların arasında 200 kiloqram börək istehlak edən müəssisələr də var, 25-30 kiloqram satan müəssisələr də var, amma  orta hesabla hər gün 320 ton börək istehlak edilir. Bunu da 200 qramlıq parsiyondan hesablasaq 1 milyon 600 patsyon börək deməkdir. İstanbul əhalisinin sayının 16 milyon olduğunu düşünsək hər 10 adamından biri günə bir porsiyan börək yeyir.  Yəni  320 ton  dedikdə 16 maşın börək hazırlayır, gözümüzə bir anda çox görünər, amma əhalinin sayına baxdıqda hər 10 adamdan biri 200 qram börək yemiş olacaq”.

Börəyin məşhur bir ləzzət olduğunu və xüsusilə səhər yeməyində istehlak edilə biləcəyini ifadə edən Geçer davam edir: "Təsəvvür edin, börək yediyiniz zaman çörək və ya başqa bir şey axtarmırsınız. Həm praktik, həm də doyumculdur, cəmiyyətin ləzzət damağıdır".