Arıqladığını  məmurlara inandıra bilmədi

 Pasportunu yeniləmək üçün DNT testi istədilər

Adanada bir gənc mədə  əməliyyatı ilə 74 kilo arıqlayıb və bir çox plastik əməliyyatlar keçirib. Özünü yenidən kəşf edən gənc pasportunu yeniləmək istəyəndə çətinlik çəkib. Onun köhnə şəkli ilə yeni şəkli arasında heç bir oxşarlıq yox idi. Bu səbəbdən polis gənci polis bölməsinə aparıb və DNT testi ilə kimliyini sübut etməli olub.

Sherg.az xəbər verir ki, 25 yaşlı vizajist Çağlar Kumlutaş 146 kiloya çatdıqda və ağır yuxu apne problemi yaşayanda mədə kol əməliyyatı etmək qərarına gəlib.

Əməliyyatdan sonra 74 kilo arıqlayan Kumlutaş silsilə plastik əməliyyatlarla yeni insan olub.

Çağlar Kumlutaş hətta şəxsiyyətini və pasportunu yeniləmək üçün DNT testi verməli olub.

Kumlutaş əməliyyatdan sonra insanların onu tanımadığını bildirib.

 “Ətrafımdakı insanlara özümü təqdim edirəm” deyən Kumlutaş, “Pasportumu yeniləmək üçün vətəndaşlıq qeydiyyat şöbəsinə getdim. Polis qrupları vətəndaşlıq qeydləri şöbəsinə gələrək məni polis bölməsinə apardılar. Polis idarəsində ifadəm alındı, ailəm gəldi. Əslində problem ondadır ki, məşhur cihazda köhnə foto ilə yeni foto arasındakı oxşarlıq normal olaraq ölçülür və oxşarlıq 20 faiz olmalıdır”.

Kumlutaş belə davam edir:


Məndə 3 faiz oxşarlıq olanda işçilər vəziyyəti polisə bildirdilər. DNT testi və ailəmin təsdiqi ilə pasportum və şəxsiyyətim yeniləndi".