Təbiət və zooaləm həyatımızın ayrılmaz hissəsidir. Biz onlarla bacardığımız qədər mehriban dolanmalıyıq. Çüni qonşularımızın məhvi ekosistemin məhvinə səbəb olar bilər. Lakin bəzən bi qonşularımız təşviş və qorxuya səbəb olur. Son günlər də şəhərdaxili küçələrdə gözə dəyən tülkülər sakinləri təşvişə salıb. Sakinlər müvafiq qurumların tədbir görməsinin vacibliyini qeyd edirlər. Bəs görəsən bununla bağlı hansı tədbirlər görülməlidir? Insanlar təşvişə düşməkdə haqlıdırırlarmı?
Mövzu ilə bağlı fikirlərini bölüşən ekoloq Qorxmaz İbrahimli "Sherg.az"a bildirib ki, bütün sivil dünyada olduğu kimi Bakı şəhəri ətrafında da şəraitə uyğun vəhşi heyvan, quş və həşəratlar bizimlə paralel yaşayır:
“Lakin Bakı şəhəri və Abşeron yarımadasında anormal məskunlaşma, daxili miqrasiyanın tənzinlənməməsi ucbatından hazırda vəhşi təbiətin məxsuslarının durumu çox faciəvidir. Bizim ölkədəki urbanizasiya yalnız Bakı, Sumqayıt ağırlıqlı olduğundan ölkə əhalisinin əlli faizə yaxını burada cəmləşib. Müstəqilliyimizin ilk illərində Abşeron yarımadasında geniş qumsal və açıq sahələr mövcud idi. Badamdar dağlıq massivi, Yasamal, Xocahəsən yaylası və s. sürətlə insanlarımız tərəfindən zəbt olundu. Oradakı kəklik və digər quşlar da köç etmək məcburiyyətində qaldılar. Heyvanların və sürünənlərin aqibəti isə daha ağır oldu. Dəniz sahil zolağının da zəbt olunması vəhşi aləmi yurdsuz buraxdı. Mən hər sabah saat beşdə Şıx tərəfdə dənizə üzməyə gedirəm. İki il əvvələ qədər alaqaranlıqda qarşımıza çıxan bir neçə dovşan da artıq görünmür. Çox təəsüf ki, çevrəyə duyarsızlığımız, vəhşi aləmi məhv etmək cəhdimiz bu üzücü durumu yaradıb. Tülkülər də məcbur qalaraq, qida axtarmaq üçün şəhərin müxtəlif ərazilərinə daxil olaraq, həyatlarını riskə atırlar. Bu acınacaqlı durumun səbəbkarı biz insanlarıq. Artıq bunun önünü almaq da çətindir”.