İyul ayında İstanbulda qiyməti ən çox artan məhsul yüzdə 53,34 ilə limon olub.
Sherg.az xəbər verir ki, İstanbul Ticarət Palatası (İTO) iyul ayında İstanbulda pərakəndə satış qiymətləri ən çox artıb enən məhsulları açıqlayıb.
İTO-nun İstanbul Maaşlı Yaşayış İndeksinə daxil olan 242 məhsuldan 111-nin pərakəndə satış qiyməti artarkən, 49 məhsulun qiyməti azalıb, 82 məhsulun qiyməti isə dəyişməz qalıb.
İyul ayında ən çox bahalaşan məhsul yüzdə 53,34 ilə limon olub. Ondan sonra 50,51 faizlə köməkçi məktəb kitabları, 38 faizlə elektrik enerjisi gəlir.
Qiyməti ən çox ucuzlaşan məhsul isə qadın geyimlərində 18,31 faiz azalma ilə kofta olub. Uşaq koftaları 13,14 faiz, ətəklər 10,24 faiz, gavalılar 10 faiz ucuzlaşıb.