Türkiyə səfirinin müavini İsrail XİN-ə çağırılıb

Fələstinin HƏMAS hərəkatı Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü ilə əlaqədar Türkiyənin Təl-Əvivdəki səfirliyinin binası üzərindəki dövlət bayrağı yarıya kimi endirilib. Buna cavab olaraq İsrailin xarici işlər naziri İsrael Katz Türkiyə səfirinin müavinini Xarici İşlər Nazirliyinə çağırıb.

“Report”un məlumatına görə, bu barədə İsrael Katz “X” sosial şəbəkə hesabında yazıb.

Nazir bildirib ki, türkiyəli diplomata səfirlik binası üzərindəki bayrağın endirilməsi ilə əlaqədar İsrail tərəfinin etirazı çatdırılıb.