Paris-2024: Azərbaycan boksçusu mübarizəni dayandırıb

Azərbaycan boksçusu Murad Allahverdiyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 80 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda qazaxıstanlı Nurbek Oralbayla üz-üzə gəlib.
Rəqibinə məğlub olan təmsilçimiz çıxışını başa vurub.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın digər boksçusu Alfonso Dominqes 1/4 finalda Aybek Oralbaya (Qazaxıstan) qalib gələrək yarımfinala adlayıb. Dominqes bu nəticənin ardından ən azı bürünc medalı təmin edib.