ABŞ-dan Rusiya ilə bağlı mühüm qərar

ABŞ Moskva Birjası, Rusiyanın Milli Hesablaşma Depozitarisi (MHD) və Milli Klirinq Mərkəzi (MKM) ilə əməliyyatlar aparmaq icazəsinin müddətini oktyabrın 12-dək artırıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, ABŞ-ın ümumi lisenziyasının əvvəlki variantı bu əməliyyatları avqustun 13-dək həyata keçirməyə icazə verirdi.