Makronun həyat yoldaşı kişi doğulub? 

Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron kişi doğulduğu  iddiaları ilə bağlı məhkəməyə müraciət etməyə hazırlaşır. "Sherg.az" "HaberTürk"ə istinadən bildirir ki, sosial mediada Bricit Makronun kişi kimi doğulduğu və adının “Jean-Michel Trogneux” olduğu iddia edilib. “Trogneux” Brigitte Macronun evlənməzdən əvvəlki soyadı kimi tanınır.
Fransa mətbuatında Bricit Makronun qohumlarına əsaslanaraq yayılan xəbərlərdə Bricit Makronun haqqındakı şaiyələrə görə şikayət etməyə hazırlaşdığı bildirilib. 

Cəmilə ƏZİM